Çərşənbə axşamı, 22 Sentyabr, 2026
Tarix: 20 Feb 2024 10:21
Bakıda 65 yaşlı qadını avtomobil vuraraq öldürüb.
APA xəbər verir ki, hadisə Binəqədi rayonu, İbrahimpaşa Dadaşov küçəsində qeydə alınıb.
Eldəniz Həsənovun idarə etdiyi "Ford Transit" markalı avtomobil yolu keçən 1959-cu il təvəllüdlü Məryəm Rzayevanı vurub. Qadın aldığı xəsarətdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.
Mənbə: apa.az