Çərşənbə, 11 Mart, 2026
Tarix: 11 Mar 2026 19:29
İran 2026-cı ildə keçiriləcək Futbol üzrə Dünya Çempionatında iştirak etməyəcək.
APA İran mediasına istinadən xəbər verir ki, bunu İranın idman naziri Əhməd Donyamali deyib.
“ABŞ-ın liderimizi qətlə yetirdiyini nəzərə alaraq, heç bir halda Dünya Çempionatında iştirak edə bilmərik”,- nazir bildirib.
Əhməd Donyamali əlavə edib ki, milli komandanın yarışda iştirak etməsi üçün təhlükəsizlik şəraiti uyğun deyil.
“Övladlarımız təhlükəsizlikdə deyil və ümumiyyətlə, belə yarışlarda iştirak üçün lazımi şərait mövcud yoxdur”, - deyə nazir vurğulayıb.
Qeyd edək ki, Futbol üzrə Dünya Çempionatı 2026-cı ilin yayında ABŞ, Kanada və Meksikada keçiriləcək.
Futbol üzrə Dünya Çempionatı İran ABŞ