Cümə, 13 Mart, 2026
Tarix: 13 Mar 2026 12:22
Ötən il ərzində "Astara yük terminalının tikintisi" layihəsi çərçivəsində ikiaşırımlı Bağçasaray körpüsünün tikintisi işləri başa çatdırılıb, üçaşırımlı Kəmərbəndi körpüsü üzrə isə tikinti-quraşdırma işləri 83% yerinə yetirilib.
“APA-Economics” xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı”nda əksini tapıb.
Hesabata əsasən, layihə çərçivəsində ofis binasının tikinti-quraşdırma işlərinin 98%-i yerinə yetirilib, yükdoldurma-yükboşaltma platforması və gömrük binası inşa olunaraq istifadəyə verilib.
“Astara (İran) dəmiryolu yükdoldurma-yükboşaltma terminalının ərazisindən keçən Virmuni çayının məcrasının dəyişdirilməsi və üzərində bir aşırımlı 4 ədəd dəmir yolu körpüsünün tikintisi üzrə işlər 98% yerinə yetirilib. Ümumi sahəsi 1 800 m² olan yükdoldurma-yükboşaltma platforması və 300 m² gömrük binası inşa olunaraq istifadəyə verilib. I və III platformada tikinti quraşdırma işləri tamamlanmış, II və V platformalarda, eyni zamanda konteyner platormasında isə işlər davam etdirilir. Konteyner platformasının beton işləri başa çatdırılıb və tikinti-quraşdırma işləri 99% yerinə yetirilib. Taxıl Terminalı üzrə dəmir yolu xəttinin 1 430 m hissəsi inşa edilib. Layihə üzrə ümumi fiziki tərəqqi 85,6% təşkil edib”, - hesabatda bildirilir.
Qeyd olunur ki, Ələt-Astara dəmiryol xəttinin, enerji və rabitə-işarəvermə sistemlərinin layihələndirilməsi, yenidən qurulması, tikintisi və tikinti altına düşən torpaqların özgəninkiləşdirilməsi layihəsi çərçivəsində dəmir yolu xətti və körpülərinin müfəssəl, elektrik təchizatı və rabitə-işarəvermə sistemlərinin konseptual layihələndirmə işləri başa çatdırılıb.
“Tikinti işlərini həyata keçirəcək podratçı şirkətlə müqavilə imzalanmış və Lot 1 (Ələt-Osmanlı) üzrə işlərin 47,52%-i həyata keçirilib”, - sənəddə vurğulanır.
Emil İsmayılov Astara yük terminalının İran