Ana Birçal: Orta Dəhliz strateji layihədir, Avropanın maraqlarına cavab verəcək

Tarix: 13 Mar 2026 13:01

Azərbaycan Prezidenti İlham Əliyevin dəstəyi ilə Orta Dəhlizlə bağlı işlər tam şəkildə davam edir. Bu dəhliz strateji layihə kimi qəbul edilməlidir.

APA xəbər verir ki, bunu 2018-2019-cu illərdə Rumıniyanın Baş nazirinin müavini, ədliyyə naziri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Ana Birçal XIII Qlobal Bakı Forumu çərçivəsində Orta Dəhlizlə bağlı keçirilən panel müzakirəsində deyib.

O qeyd edib ki, Orta Dəhlizin nəticələri qısa müddətdə özünü göstərəcək və gələcəkdə qlobal qapıya çevriləcək: “Gələcəkdə Orta Dəhliz Avropanın maraqlarına cavab verəcək. Dəhliz boyunca iştirakçı ölkələrin maraqları nəzərə alınır və qarşılanır. Orta Dəhliz region ölkələri üçün prioritet istiqamətlərdən biridir və daşımalar baxımından mühüm əhəmiyyət daşıyır. Alternativ dəhlizlərin mövcudluğu da regionun maraqlarına xidmət edir. Son dövrlərdə daşımaların həcmi 150 faiz artıb. Əvvəllər Asiyadan Avropaya yüklərin çatdırılması 45 gün çəkirdisə, hazırda bu müddət təxminən 20 günə enib”.

Gülcahan İmanqızı Orta Dəhliz Azərbaycan Rumıniya Ana Birçal Qlobal Bakı Forumu

Xəbər Lenti