Cümə, 13 Mart, 2026
Tarix: 13 Mar 2026 12:59
Orta Dəhliz Asiya ilə Avropa arasında əsas ticarət marşrutuna çevrilir.
APA xəbər verir ki, bunu Qırğızıstanın sabiq Baş naziri Coomart Otorbayev XIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən "Orta Dəhliz və Avrasiya Bağlantı Qapısı" adlı panel müzakirəsində çıxışı zamanı deyib.
O, Orta Dəhlizin qlobal ticarət və logistika baxımından əhəmiyyətinin sürətlə artdığını bildirib.
“Orta Dəhlizin əsas hərəkətverici qüvvəsi Çin-Avropa ticarətidir və bu ticarətin həcmi olduqca böyükdür. Dəmir yolu daşımaları daha sürətli və səmərəli olduğu üçün bu marşrutun rolu getdikcə artır”, – o qeyd edib.
Otorbayevin sözlərinə görə, Orta Dəhliz Yaponiya, Çin, Cənub-Şərqi Asiya və Hindistanı Avropa bazarları ilə birləşdirən mühüm logistika xəttidir və geosiyasi dəyişikliklər fonunda bu marşrutun əhəmiyyəti daha da artıb.
“Azərbaycan Asiya ilə Avropa arasında əlaqələrin təmin edilməsində kritik rol oynayır və regionda əsas tranzit mərkəzlərindən birinə çevrilib”, – o vurğulayıb.
Otorbayev əlavə edib ki, Orta Dəhliz üzrə konteyner daşımaları son illərdə sürətlə artır. Bunun əsas səbəbi marşrut boyunca yerləşən ölkələrin infrastrukturun inkişafı və logistika qaydalarının uyğunlaşdırılması istiqamətində əməkdaşlığının güclənməsidir.
İlqar Xudiyev XIII Qlobal Bakı Forumu dünya region Avropa Orta Dəhliz ticarət