Şənbə, 14 Mart, 2026
Tarix: 14 Mar 2026 11:50
WUF13-də iştirak edəcək qonaqlar işğaldan azad edilmiş ərazilərə səfər edəcək, dağılmış ərazilərin bərpa-yenidən qurma prosesi ilə tanış olacaqlar.
APA xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13-ün milli koordinatoru Anar Quliyev jurnalistlərə deyib.
Onun sözlərinə görə, WUF13 çərçivəsində qonaqların Qarabağa səfəri nəzərdə tutulub.
“Sözsüz ki, bərpa-quruculuq fəaliyyəti ilə bağlı sessiyalarımız bu həqiqətlərin qlobal miqyasda yayılmasına xidmət edəcək. Məhz bu cür platformalar vasitəsilə biz həm mövcud vəziyyəti, həm də görülən işləri dünya ictimaiyyətinin diqqətinə çatdırmağa çalışacağıq”, - Anar Quliyev qeyd edib.
İlqar Xudiyev işğaldan azad edilmiş ərazilər Qarabağ Dövlət Şəhərsalma və Arxitektura Komitəsi WUF13