Qazaxda 2 nəfər intihar edib

Tarix: 21 Feb 2024 22:25

Qazaxda bir gündə iki intihar hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, Qazax şəhərinin Xətai küçəsində yaşayan 17 yaşlı Ülvi Paşayev yaşadığı evdə özünü asaraq intihar edib.

Digər intihar hadisəsi Əliağa Şıxlinski küçəsində qeydə alınıb. Sözügedən küçədə yaşayan 41 yaşlı Bəhruz Osmanov yaşadığı evdə intihar edib.

Hər iki faktla bağlı araşdırma aparılır.

Xəbər Lenti