İran millisinin ABŞ-da planlaşdırılan oyunlarının Meksikada keçirilməsi təklif olunub

Tarix: 15 Mar 2026 09:34

İran millisinin 2026-cı il Futbol üzrə Dünya Çempionatı çərçivəsində ABŞ-da planlaşdırılan oyunlarının Meksikada keçirilməsi təklif olunub.

APA xəbər verir ki, İranın Meksikadakı səfiri Əbülfəzl Pəsəndidə Vaşinqtonun viza məsələsində Tehranla əməkdaşlıq etmədiyini söyləyib.

Əbülfəzl Pəsəndidə İran millisinin Futbol üzrə Dünya Çempionatında iştirakda maraqlı olduğunu qeyd edib.

Qeyd edək ki, Futbol üzrə Dünya Çempionatı 2026-cı ilin yayında ABŞ, Kanada və Meksikada keçiriləcək.

Xatırladaq ki, martın 11-də İranın idman naziri Əhməd Donyamali İranın 2026-cı ildə keçiriləcək Futbol üzrə Dünya Çempionatında iştirak etməyəcəyini bildirib. ABŞ Prezidenti Donald Tramp isə martın 12-də bəyan edib ki, İran yığması dünya çempionatına qatıla bilər, amma bunun İran futbolçularının həyatı və təhlükəsizliyi baxımından uyğun olduğuna inanmır.

İran millisi futbol Dünya Çempionatı ABŞ Meksika

Xəbər Lenti