Azərbaycan gəmiləri TAPI layihəsi üzrə borudaşıma əməliyyatlarına cəlb olunub

Tarix: 16 Mar 2026 10:01

AZCON Holding şirkətlərindən olan ASCO-nun gəmiləri vasitəsilə TAPI (Türkmənistan–Əfqanıstan–Pakistan–Hindistan) qaz kəməri layihəsi üzrə tikinti işləri üçün nəzərdə tutulan boruların daşınmasına başlanılıb.

ASCO-dan "APA-Economcs"ə verilən məlumata görə, daşımalar Bakı limanından Türkmənbaşı limanına həyata keçirilir. Prosesdə ASCO-nun “Natavan”, “Rəsul Rza”, “Qaradağ”, “Teymur Əhmədov” və “Maestro Niyazi” universal quru yük gəmiləri iştirak edir.

İlin sonunadək sözügedən gəmilər vasitəsilə ümumilikdə 11 700 ədəd borunun təyinat məntəqəsinə çatdırılması planlaşdırılır.

Emil İsmayılov TAPI ASCO Natavan Rəsul Rza Qaradağ Teymur Əhmədov Maestro Niyazi

Xəbər Lenti