Naxçıvanda yol qəzasında piyada xəsarət alıb

Naxçıvanda yol qəzasında piyada xəsarət alıb

Tarix: 23 Feb 2024 00:12

Naxçıvan şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Avtomobil yolu keçən Naxçıvan şəhər sakini, 1977-ci il təvəllüdlü Abbasov Elnur Rafiq oğlunu vurub. Hadisə nəticəsində piyada baş nahiyəsindən xəsarət alıb, həmçinin ayağı qırılıb. O, Naxçıvan Mərkəzi Xəstəxanasının Travmatalogiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: apa.az

Xəbər Lenti