Çərşənbə axşamı, 17 Mart, 2026
Tarix: 17 Mar 2026 16:00
Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə təşkil olunan mədəni qastrol proqramı çərçivəsində Laçında konsert keçirilib. APA-nın Qarabağ bürosunun məlumatına görə, tədbir Beynəlxalq Muğam Mərkəzinin nəzdində fəaliyyət göstərən Əməkdar kollektiv – Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin iştirakı ilə “LaCinema” kinoteatrında baş tutub. Konsertdə orkestrin solistləri tərəfindən Azərbaycan bəstəkarlarının əsərləri və xalq mahnıları səsləndirilib. Orkestrə respublika və beynəlxalq müsabiqələr laureatı Mustafa Aşurov dirijorluq edib. Bildirilib ki, qastrol proqramı çərçivəsində ölkənin müxtəlif şəhər və rayonlarında 30-a yaxın konsert və bədii proqramın təqdim olunması nəzərdə tutulur. Layihəyə ümumilikdə 1200-ə yaxın sənətçi və yaradıcı heyət üzvünün cəlb edilməsi planlaşdırılır.
Elgün Gəncimsoy Laçın konsert




















