Çərşənbə, 18 Mart, 2026
Tarix: 18 Mar 2026 02:21
Afrika Millətlər Kubokunun final matçının nəticəsi ləğv olunub və Mərakeş çempion elan edilib.
APA xəbər verir ki, bu barədə Afrika Futbol Konfederasiyasının (CAF) Apellyasiya Şurası qərar qəbul edib.
Qərara əsasən, Seneqal komandası etiraz əlaməti olaraq meydanı tərk etdiyi üçün oyunda qaydaları pozmuş hesab edilib və nəticədə Mərakeşə 3:0 hesablı texniki qələbə verilib.
Bildirilib ki, insident əlavə vaxtda, Mərakeşin xeyrinə penalti qərarından sonra baş verib. Seneqalın baş məşqçisi Pape Tiaw futbolçulara meydanı tərk etməyi tapşırıb.
CAF Apellyasiya Şurası bu addımı turnirin qaydalarının pozulması kimi qiymətləndirib və əvvəlki qərarı ləğv edərək Mərakeşin etirazını təmin edib.