Azərbaycanda mobil operatorlar 205 mln. manatdan çox gəlir qazanıb

Tarix: 18 Mar 2026 16:31

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda informasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr 608,6 milyon manat məbləğində xidmət göstərib.

Bu barədə "APA-Economics"ə Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,2% çoxdur.

İki ayda xidmətlərin 67,7%-ni əhali istehlak edib.

Xidmətlərdən əldə edilən gəlirin 205,3 milyon manatı və ya 33,7%-i mobil telefon rabitəsi sahəsində formalaşıb.

Əşrəf Mehdiyev mobil operator informasiya rabitə statistika gəlir

Xəbər Lenti