Çərşənbə, 18 Mart, 2026
Tarix: 18 Mar 2026 17:06
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) Böyükşor Tullantı Sutəmizləyici Qurğusunun (TSTQ) tikintisi istiqamətində işlərə başlayıb.
“APA-Economics”in əldə etdiyi məlumata görə, qurğunun tikinti layihəsinin altına düşən torpaq sahələrinin mülkiyyətçilərinə dəyən zərərə görə, kompensasiya hesablanacaq.
Paralel olaraq, Salyan şəhərində 11 tullantı su nasos stansiyasının, Xaçmazda 6 ədəd kiçik sututarın tikintisi isitqamətində də işlərə başlanılıb.
Sözügedən ərazilərdə də tikinti layihələri altına düşən torpaq sahələrinin mülkiyyətçilərinə dəyən zərərə görə, kompensasiya hesablanacaq.
Qeyd edək ki, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında Böyükşor hövzəsində Böyükşor gölü yaxınlığında gücü 157500 m3/gün olan yeni TSTQ-nın (tullantı sularının təmizləyici qurğusu) inşası təklif edilib.
Əşrəf Mehdiyev kompensasiya tikinti