Çərşənbə axşamı, 20 Yanvar, 2026
Tarix: 23 Feb 2024 22:08
Qazaxda bir neçə gün bundan əvvəl avtomobillə vurulan iki piyadadan biri xəstəxanada ölüb
.APA-nın yerli bürosunun məlumatlna görə, həkimlərin yardımlarına baxmayaraq,1975-ci il təvəllüdlü Elmira Şıxlinski ölüb.
2007-ci il təvəllüdlü Rəqsanə Məmmədovanın isə müalicəsi xəstəxanada davam etdirilir.
Qeyd edək ki hadisə fevralın 17-də rayonun Qarapapaq kəndində qeydə alınıb.
Qazax rayon sakini, 1980-ci il təvəllüdlü Zaur Orucov idarə etdiyi "VAZ 2107" avtomobillə iki piyadanı vurub.