Çərşənbə axşamı, 22 Sentyabr, 2026
Tarix: 24 Feb 2024 09:12
Bakı şəhərinin Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 41 m² olan 3 otaqlı mənzilin mətbəxində mebel 2 p.m və 1 ədəd soyuducu yanıb.
Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən xəbərə görə, yüksək temperaturdan mətbəxin tavanı və dəhlizin divarları qarsalanıb.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Mənbə: apa.az