Kriptobirjada eniş: "Bitcoin"in qiyməti 71 min dollardan aşağı enib

Tarix: 19 Mar 2026 09:29

Son 24 saat ərzində kriptovalyuta bazarında əsas aktivlərdə eniş müşahidə olunub.

“APA-Economics” xəbər verir ki, "Bitcoin" 4,58% ucuzlaşaraq 70 839 dollara, "Ethereum" 5,73% ucuzlaşaraq 2 195 dollara enib.

Bazarın digər əsas aktivlərində də eniş müşahidə olunub. Belə ki, BNB-nin qiyməti 3,35% azalaraq 649,95 dollar, "Bitcoin Cash"in qiyməti 2,88% azalaraq 457,49 dollar, "Monero"nun qiyməti 5,99% azalaraq 347,97 dollar olub. "Zcash" isə daha kəskin – 11,40% ucuzlaşaraq 247,97 dollar təşkil edib.

Eyni zamanda, qızılla təmin olunan tokenlərdə də azalma qeydə alınıb. "PAX Gold"un qiyməti 2,83% azalaraq 4 840 dollar, "Tether Gold"un qiyməti isə 2,59% azalaraq 4 828 dollar olub. "Bittensor"un qiyməti 6,28% azalaraq 261,90 dollar təşkil edib. CoinMarketCap 20 Index DTF-in qiyməti isə 4,43% azalaraq 146,50 dollar olub.

Qeyd edək ki, bazarda müşahidə olunan eniş riskdən qaçış davranışı, makroiqtisadi təzyiqlər, investorların mənfəət realizasiyası və altkoin bazarındakı ümumi zəifliklə izah olunur.

Rahim Tarıverdiyev BTC Bitcoin kriptovalyuta kripto

Xəbər Lenti