Çərşənbə axşamı, 22 Sentyabr, 2026
Tarix: 24 Feb 2024 17:56
ABŞ Dövlət Departamentinin İqlim Elçisinin müavini xanım Syu Biniazın rəhbərlik etdiyi nümayəndə heyəti ADA universitetində tələbələrlə görüşüb.
APA xəbər verir ki, bu barədə "X" sosial şəbəkəsində ABŞ-nin Azərbaycandakı səfirliyi məlumat paylaşıb.
Görüşdə xanım Syu Biniazı tələbələrlə beynəlxalq iqlim əməkdaşlığının tarixi barəsində, COP29-un məqsədləri və noyabrda Azərbaycanın sədrliyi ilə keçiriləcək COP-da oynayacağı mərkəzi rol haqqında danışıb.


Mənbə: apa.az