Cümə, 20 Mart, 2026
Tarix: 20 Mar 2026 09:28
Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə Gürcüstanın Katolikos-Patriarxı II İlyanın dəfn mərasimində iştirak edəcək.
APA xəbər verir ki, bunu bayram namazından sonra jurnalistlərə açıqlamasında Allahşükür Paşazadə deyib.
O bildirib ki, ötən gün Gürcüstan səfirliyində olub:
"Orada başsağlığı verdim. II İlya mənim dostum olub. Ermənistan məsələsində o mənim yanımda olub. Allah ona rəhmət eləsin".
İlkin Naib