Naxçıvanda bayram namazı qılınıb - FOTOLENT

Tarix: 20 Mar 2026 09:26

Naxçıvan Muxtar Respublikasında Ramazan Bayramı münasibətilə bayram namazı qılınıb.

APA-nın yerli bürosu xəbər verir ki, bayram namazı Naxçıvan şəhərindəki Heydər Məscid kompleksində, “Sarvanlar”, “Kazım Qara Bəkir”, “Pirqəmiş”, “Cümə” məscidlərində, həmçinin muxtar respublikanın rayon və kənd məscidlərində qılınıb.

Muxtar respublika sakinlərinin qatıldığı bayram namazında dualar edilib, Allahdan mərhəmət, əmin-amanlıq və ruzi bərəkət dilənilib.

Ceyhun Məmmədov

Xəbər Lenti