Çərşənbə axşamı, 22 Sentyabr, 2026
Tarix: 24 Feb 2024 22:56
Samuxda intihar hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Kolayır kəndində qeydə alınıb.
Kənd sakini, 2004-cü il təvəllüdlü Nurlan Rəhimli yaşadığı evdə özünü asıb. Onun meyti yaxınları tərəfindən asılmış vəziyyətdə tapılıb. İntiharın hansı səbəbdən baş verməsi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: apa.az