Biləsuvarda kafedə yanğın olub

Biləsuvarda kafedə yanğın olub

Tarix: 25 Feb 2024 19:09

Biləsuvar şəhərində ümumi sahəsi 70 m² olan birmərtəbəli kafenin mətbəxində taxta konstruksiyadan ibarət arakəsmə divar 4 m² sahədə, 1 ədəd televizor və 1 ədəd masa yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, kafenin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Mənbə: apa.az

Xəbər Lenti