Çərşənbə axşamı, 20 Yanvar, 2026
Tarix: 26 Feb 2024 22:15
Gəncədə iki nəfəri bıçaqlayan şəxsin kimliyi məlum olub.
APA-nın yerli bürosunun məlumatlna görə, hadisəni 1997-ci il təvəllüdlü Kəlbəcər rayon sakini Mirzəyev Məhəmmədin törətdiyi bildirilir. Onun saxlanılması istiqamətində tədbirlər davam edir.
***
21.59
Gəncədə bıçaqlanma hadisəsi baş verib.
APA nın yerli bürosunun məlumatına görə hadisə, Kəlbəcər rayon sakinlərinin məskunlaşdığı Yeni qəsəbədə qeydə alınıb. 1974-cü il təvəllüdlü Zəfər Əliyev və onun qızı, 1997-ci il təvəllüdlü Ayşən Mirzəyeva bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə ata ilə qızını ailənin kürəkəni bıçaqlayıb.
Faktla bağlı araşdırma aparılır.