Kürdəmirdə avtomobil yanıb

Tarix: 27 Feb 2024 16:17

Kürdəmir rayonunda "Mercedes" markalı minik avtomobilində yanğın baş verib.

FHN-dən APA-ya verilən xəbərə görə, rayonun Karrar qəsəbəsində "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsi və salonu yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər Lenti