Çərşənbə axşamı, 20 Yanvar, 2026
Tarix: 27 Feb 2024 18:15
Goranboyda ölümlə nəticələnən yol qəzası baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Goran qəsəbəsindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "VAZ 2106" markalı minik maşını digər avtomobillə toqquşub. Qəza nəticəsində "VAZ"ın sürücüsü, 1966-ci il təvəllüdlü Çingiz Kazımov hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.