Sədərəkdə yanğın olub

Tarix: 27 Feb 2024 19:12

Naxçıvanın Sədərək rayonunda yanğın olub.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, yanğın otlaq sahəsində qeydə alınıb.

Sədərək rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri çağırış üzrə cəlb olunub. Yanğın yanğın söndürülüb, daha geniş sahəyə yayılmasına imkan verilməyib.

Xəbər Lenti