Bərdədə yol qəzasında 2 nəfər ölüb - FOTO - YENİLƏNİB-1

Tarix: 28 Feb 2024 21:50

Bərdədə baş verən qəzada ölənlərin adları məlum olub.

APA-nın yerli müxbiri xəbər verir ki, qəza zamanı Bərdə rayonunun Seyidyusifli kənd sakinləri - 1986-cı il təvəllüdlü Qasımov Eldeniz Ələkbər oğlu və 1985-ci il təvəllüdlü Qocayev Anar Rafiq oğlu aldıqları xəsarətlərdən ölüblər.

***

21.22

Bərdədə baş verən qəzada xəsarət alanların adları məlum olub.

APA xəbər verir ki, qəza zamanı 2003-cü il təvəllüdlü Abbasov Ömər Vüqar oğlu, 1996-cı il təvəllüdlü Əliyev Səxavət Novruz oğlu, 2003-cü il təvəllüdlü Allahverdiyev Elşən Arif oğlu və 1991-cı il təvəllüdlü Qasımov Elçin Nasif oğlu müxtəlif dərəcəli xəsarətlər alaraq Bərdə rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Xəstəxanadan bildirilib ki, onların müayinələri Təcili tibbi yardım şöbəsində davam etdirilir, vəziyyətləri orta ağırdır.

***

20.42

Bərdədə ağır yol qəzası baş verib.

APA-nın yerli müxbiri xəbər verir ki, hadisə rayonun Həsənqaya kəndində qeydə alınıb. "Mercedes Benz" markalı minik avtomobili ilə "VAZ-2107" markalı minik avtomobili toqquşub. Nəticədə "VAZ-2107" marakl avtomobildə olan iki nəfər aldıqları ağır xəsarətlərdən ölüb. Daha 4 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Faktla bağlı araşdırma aparılır.

Xəbər Lenti