Çərşənbə axşamı, 20 Yanvar, 2026
Tarix: 29 Feb 2024 17:03
Xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Yaponiyada səfərdədir.
APA xəbər verir ki, bu barədə COP29-un “X” sosial səhifəsində məlumat verilib.
Qeyd olunub ki, Yalçın Rəfiyev bu gün Tokioda keçirilən İqlim Dəyişikliyinə Qarşı Əlavə Fəaliyyətlərə dair 22-ci Görüşdə çıxış edib.
Nazir müavini hamı üçün davamlı və firavan gələcəyə dair ümumi baxışları çatdırmaq üçün əməkdaşlığa, artan öhdəliklərə və kollektiv fəaliyyətə ehtiyac olduğunu yenidən diqqətə çatdırıb.