- Bazar ertəsi, 23 Dekabr, 2024
Tarix: 07.03.2024 02:04
UEFA Çempionlar Liqasının (ÇL) 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində bu gün daha iki matç keçirilib.
Apasport.az xəbər verir ki, İspaniyada "Real" “Leyptsiq”i, İngiltərədə isə "Mançester Siti" "Kopenhagen"i qəbul edib.
Qeyd edək ki, 1/8 final mərhələsinin digər 4 cavab oyunu martın 12-13-də keçiriləcək.
Çempionlar Liqası 1/8 final, cavab oyunları 6 mart
00:00. “Mançester Siti” (İngiltərə) – “Kopenhagen” (Danimarka) 3:1 Qollar: Manuel Akanci, 5, Xulian Alvarez, 9, Erlinq Haaland, 45+3 - Məhəmməd Əlyunussi, 29 Baş hakim: Espen Eskas (Norveç). Mançester, “Etihad” stadionu İlk oyun - 3:1.
00:00. “Real” (İspaniya) – “Leyptsiq” (Almaniya) 1:1 Qollar: Vinisius Juniyor, 65 - Villi Orban, 68 Baş hakim: Davide Massa (İtaliya). Madrid, “Santiaqo Bernabeu” İlk oyun - 1:0.