Bakıda yaşayış binasında yanğın olub

Bakıda yaşayış binasında yanğın olub

Tarix: 28 Nov 2023 16:03

Bakıda yaşayış binasında yanğın olub.

APA Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində 3 ədəd elektrik açarı, altıncı və yeddinci mərtəbələr arasında 7 p.m elektrik kabeli yanıb. Yaxınlıqdakı mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Mənbə: apa.az

Xəbər Lenti