- Bazar ertəsi, 23 Dekabr, 2024
Tarix: 14.11.2023 18:12
“Məşqə dünən qoşulmuşam. Hər şey qaydasındadır. Qarşıdakı oyunlara hazırlaşırıq”.
Bunu “Araz-Naxçıvan”ın müdafiəçisi, Azərbaycanın əsas millisinə dəvət edilən Turan Manafov apasport.az saytına müsahibəsində deyib.
O, Azərbaycan millisinin qarşıda İsveç və Belçika ilə gözlənilən oyunlarından da danışıb: “Bilirəm ki, güclü və yaxşı rəqiblərdir. Ancaq niyə də olmasın? Düzü, futbolda ad-san rol oynamır. Əsas olan meydanda göstərdiyin oyundur. Ona görə də ada fikir verməyib, oynamaq lazımdır. İnanıram ki, iki oyundan da xal qazanacağıq. Hər şey öz əlimizdədir. Yaxşı oyun göstərib, deyilənləri yerinə yetirə bilsək, xal qazana bilərik”.