Kürdə batdığı ehtimal edilən şəxsin axtarışları davam edir

Tarix: 08 Mar 2024 18:22

Kür çayının Salyan rayonu, Babacanlı qəsəbəsi ərazisindən keçən hissəsində 4 mart 2024-cü il tarixində batdığı ehtimal edilən 1957-ci il təvəllüdlü Süleymanov Hüseyn İsrafil oğlunun axtarışları Fövqəladə Hallar Nazirliyi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən davam etdirilir.

Nazirlikdən APA-ya verilən xəbərə görə, gün ərzində FHN-in dalğıc-xilasediciləri tərəfindən vətəndaşın batdığı ehtimal edilən istiqamətlər üzrə axtarış-xilasetmə tədbirləri həyata keçirilib.

Əlavə məlumat veriləcək.

Xəbər Lenti