Saatlı və Cəlilabadda yanğın olub

Tarix: 09 Mar 2024 18:04

Saatlı və Cəlilabad rayonlarında yanğın olub. APA FHN-ə istinadən xəbər verir ki, Novruzlu kəndində ümumi sahəsi 90 m² olan birmərtəbəli 4 otaqlı evin zirzəmisinin qamışdan ibarət tavanı 12 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Cəlilabad rayonunun Təzəkənd kəndində isə ümumi sahəsi 70 m² olan birmərtəbəli 3 otaqlı evin tavanı 34 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər Lenti