- Bazar ertəsi, 23 Dekabr, 2024
Tarix: 10.03.2024 05:42
"Barselona"nın və Braziliya millisinin sabiq müdafiəçisi Daniel Alvesin intihar etməsi yalandır.
APA xəbər verir ki, bu barədə futbolçunun mətbuat xidməti məlumat yayıb.
"TNT Sports" və "Radio Itatiaia"nın braziliyalı jurnalisti Marselo Bechler bildirib ki, Alvesin mətbuat xidməti vəkillə danışdıqdan sonra futbolçunun intihar etməsi xəbərini təkzib edib.
22 fevral 2024-cü ildə Alves qıza təcavüz etməkdə ittiham olunaraq saxlanılıb.
O 2023-cü ilin dekabrında Barselonada gecə klubunun tualetində qıza etdiyi təcavüzə görə təqsirli bilinib.
Barselona Əyalət Məhkəməsi ona 4,5 il həbs və 150 min avro pul cəzası verib.