“Qalatasaray” öz meydanında vacib iki xal itirib

Tarix: 12 Apr 2026 23:01

Türkiyə Super Liqasında XXIX turun oyunları davam edir.

Apasport.az xəbər verir ki, günün ilk matçında "Göztəpə" öz meydanında "Kasımpaşa" ilə üz-üzə gəlib.

6 qolun vurulduğu matçda qalib müəyyənləşməyib - 3:3.

Günün son qarşılaşması isə İstanbulda baş tutub. Lider "Qalatasaray" öz meydanında "Kocaelispor"u sınağa çəkib. Gərgin mübarizə şəraitində keçən matçda ev sahibləri kritik xal itkisi ilə üzləşib. Oyunda 1:1 hesablı heç-heçə qeydə alınıb.

Qeyd edək ki, turnir cədvəlinə 68 xalla "Qalatasaray" başçılıq edir. Ondan 2 xal az toplayan "Fənərbaxça" isə ikinci pillədə qərarlaşıb.

Qalatasaray

Xəbər Lenti