Çərşənbə axşamı, 20 Yanvar, 2026
Tarix: 10 Mar 2024 16:42
Ağsunun Kalfa kənd ərazisində avtomobil qəzası baş verib.
APA-nin Şirvan bürosu xəbər verir ki, hadisə Ağsu çay ərazisində qeydə alınıb.
Hadisə nəticəsində 1984-cü il təvəllüdlü Nəbiyev Agaməlik Nəbi oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şamaxı rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Avtomobil də olan digər şəxsin vəziyyətinin normal olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.