Göygöldə 43 yaşlı kişi bıçaqlanıb

Tarix: 11 Mar 2024 08:18

Göygöldə bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Qızılca kəndində qeydə alınıb.

Kənd sakini, 43 yaşlı Xəyal Əsgərov bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Xəstə dərhal əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə X.Əsgərov tanışı tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparlır.

Xəbər Lenti