Çərşənbə axşamı, 20 Yanvar, 2026
Tarix: 11 Mar 2024 09:14
Naxçıvan şəhərində avtomobil piyadanı vurub.
APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə şəhərin 2-ci mikrorayon ərazisində qeydə alınıb.
Belə ki, avtomobil səki ilə gedən Naxçıvan şəhər sakini, 1956-cı il təvəllüdlü Hacıyev Ruslan Səttar oğlunu vurub. Zərərçəkən Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyəti orta-ağırdır.
Faktla bağlı araşdırma aparılır.