Çərşənbə axşamı, 14 Aprel, 2026
Tarix: 14 Apr 2026 11:04
Türkiyədə Futbol üzrə Mardin Super Həvəskar Liqasında xoşagəlməz hadisə baş verib.
Apasport.az xəbər verir ki, bu, “Derikspor”la “Kızıltepe 47 Sport” komandaları arasında matçda yaşanıb.
Belə ki, oyunun baş hakimi “Derikspor”un lehinə penalti təyin edib. Beşir Dağlık 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib.
Qoldan sonra rəqib futbolçu Sadat Korul futbolçulara hücum çəkib. O, öncə rəqib komandanın oyunçusu Yusuf Çiftçinin dizinə, yıxıldıqdan sonra isə başına təpiklə vurub.
Korul qırmızı vərəqə ilə cəzalandırılıb, Çiftçi isə xəstəxanaya yerləşdirilib.
Matçdan sonra istintaq prosesinə başladılıb, Korul həbs olunub.
Çiftçinin isə almacıq sümüyü qırılıb. Onun müalicəsi davam edir.
Türkiyə futbolçu həbs