- Şənbə, 28 Dekabr, 2024
Tarix: 11.03.2024 15:04
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Lənkəran rayonunda yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
APA nazirliyə istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-in Cənub Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “QAZel” markalı yük avtomobili ilə “ VAZ 2106 ” markalı minik avtomobili toqquşub, 1 nəfər “VAZ 2106” markalı avtomobildə sıxılmış vəziyyətdə qalıb.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1 nəfər müxtəlif xəsarətlərlə nəqliyyat vasitəsindən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.
***
13.00
Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Lənkəran - Lerik magistralında, Lənkəran rayonunun Darquba kəndi ərazisində qeydə alınıb. 1991-ci il təvəllüdlü Ağaddin Qasım oğlu Qasımovun idarə etdiyi "QAZel" markalı yük avtomobil, 1990-cı il təvəllüdlü İsmayıl Əvəzəli oğlu Əliyevin idarə etdiyi "Mercedes" markalı minik avtomobili və "VAZ-2106" markalı minik avtomobilləri toqquşub.
Qəza nəticəsində "VAZ-2106" deformasiyaya uğrayıb. Əraziyə FHN-in xilasediciləri cəlb olunub. "VAZ 21-06"da sıxılıb qalan Lənkəran rayonunun Şağlaküçə kənd sakinləri 1990-cı il təvəllüdlü Ramin Əlabbas oğlu Şükürov və 1989-cu il təvəllüdlü Ağasif Fəzail oğlu İsmayılov çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
"QAZel" də sərnişin qismində olan Lerik rayonunun Hamarmeşə kənd sakini, 1965-ci il təvəllüdlü Qasım Rüstəm oğlu Qasımov da xəsarət alaraq Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.