Maskerano “İnter Mayami” klubunun baş məşqçi vəzifəsindən istefa verib

Tarix: 14 Apr 2026 22:24

Xavyer Maskerano “İnter Mayami” klubunun baş məşqçi vəzifəsindən istefa verib.

APA xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, argentinalı mütəxəssis şəxsi səbəblərə görə vəzifəsindən ayrılıb. O, klub rəhbərliyinə, futbolçulara və azarkeşlərə təşəkkür edib.

Maskerano rəhbərliyi dövründə klub ilk dəfə MLS çempionu olub.

Maskerano İnter Mayami futbol istefa

Xəbər Lenti