ÇL: “Barselona” səfərdə qalib gəlsə də, “Atletiko” yarımfinala yüksəlib

ÇL: “Barselona” səfərdə qalib gəlsə də, “Atletiko” yarımfinala yüksəlib

Tarix: 15 Apr 2026 01:00

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda “Atletiko Madrid” doğma meydanda “Barselona”nı qəbul edib.

APA xəbər verir ki, görüş Kataloniya klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb. “Barselona”nın heyətində Lamin Yamal (4) və Ferran Torres (24) fərqlənib. “Atletiko”nun yeganə qolunu isə Ademola Lukman (31) vurub.

Bununla belə, ilk oyunun nəticəsinə görə ümumi hesab 3:2 “Atletiko”nun xeyrinə olub və Madrid təmsilçisi yarımfinala yüksəlib.

Atletiko Madrid Barselona Çempionlar Liqası

Mənbə: apa.az

Xəbər Lenti