Çərşənbə, 15 Aprel, 2026
Tarix: 15 Apr 2026 00:59
UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda “Liverpul” doğma meydanda PSJ-yə məğlub olub.
APA xəbər verir ki, görüş Paris təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda hər iki qolu Usman Dembеле vurub (72, 90+2).
İlk oyunda da qalib gələn PSJ ümumi hesabda 4:0 üstünlüklə yarımfinala yüksəlib.
Liverpul PSJ Çempionlar Liqası