Çərşənbə axşamı, 20 Yanvar, 2026
Tarix: 11 Mar 2024 18:57
Sədərək rayonunda yük maşını aşıb.
APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə rayonun Qaraağac yolunda baş verib. Belə ki, Eldəniz Nağıyevə məxsus hərəkətdə olan 77-EC-439 nömrəli yük maşını idarəetməni itirib və yol kənarında yerləşən dərəyə aşıb. Xəsarət alan olmasa da, avtomobilə ziyan dəyib. Faktla bağlı araşdırma aparılır.



