Qazaxda minik maşını dərəyə aşıb, xəsarət alanlar var

Tarix: 13 Mar 2024 20:41

Qazaxda yol qəzası olub.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun İkinci Şıxlı kəndində qeydə alınıb.

Hərəkətdə olan avtomobil yoldan çıxaraq dərəyə aşıb.

Qəza zamanı xəsarət alanların olduğu bildirilir.

Hadisə yerinə təcili tibbi yardım birqadası cəlb olunub.

Məlumata görə, qəzaya uğrayan avtomobil diplomatik nümayəndəliklərdən birinə məxsusdur.

Xəbər Lenti