Çərşənbə axşamı, 20 Yanvar, 2026
Tarix: 13 Mar 2024 22:15
Qazaxda Gürcüstan Səfirliyinə məxsus avtomobilin qəzaya uğraması nəticəsində xəsarət alnların kimliyi bilinib.
APA xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Bildirilib ki, bu gün saat 21:30-da Qazax Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım şöbəsinə avtoqəza il bağlı çağırış daxil olub.
Xəsarət alan şəxslər 24.02.1955-ci il təvvəlüdlü Khulordava Malkhaz (kişi cinsi)və 29.11.1956-ci il təvvəlüdlü Todua Yalidir (qadın cinsi).
***
Saat 20:41
Qazaxda yol qəzası olub.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun İkinci Şıxlı kəndində qeydə alınıb.
Hərəkətdə olan avtomobil yoldan çıxaraq dərəyə aşıb.
Qəza zamanı xəsarət alanların olduğu bildirilir.
Hadisə yerinə təcili tibbi yardım birqadası cəlb olunub.
Məlumata görə, qəzaya uğrayan avtomobil Azərbaycanın Gürcüstandakı Səfirliyinə məxsus olub.