, 19 Aprel, 2026
Tarix: 19 Apr 2026 01:03
İngiltərə Premyer Liqasında XXXIII turun oyunları davam edir.
Apasport.az xəbər verir ki, günün ilk matçında “Bornmut” səfərdə “Nyukasl”la qarşılaşıb.
Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu mövsüm istədiyi nəticələri əldə edə bilməyən “Tottenhem” bu dəfə də azarkeşlərini sevindirə bilməyib. Komanda öz meydanında “Brayton”la 2:2 hesablı heç-heçə edib.
Turun mərkəzi matçı isə Londonda baş tutub. “Çelsi” azarkeşləri önündə “Mançester Yunayted”i sınağa çəkib. Gərgin mübarizə şəraitində keçən qarşılaşmanın taleyini bir qol həll edib. Mateuş Kunyanın 43-cü dəqiqədə vurduğu qolla “qırmızı şeytanlar” rəqibini minimal hesabla üstələyib – 1:0.
Qeyd edək ki, turnir cədvəlinə 70 xalla “Arsenal” liderlik edir. Ondan bir oyun az keçirən “Mançester Siti” 64 xalla ikinci, 58 xala malik “Mançester Yunayted” isə üçüncü pillədə qərarlaşıb.