Lənkəranda avtomobil iki piyadanı vurub - FOTO

Lənkəranda avtomobil iki piyadanı vurub - FOTO

Tarix: 14 Mar 2024 21:29

Lənkəranda yol nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Zərifə Əliyeva küçəsində qeydə alınıb.

Hərəkətdə olan minik avtomobili piyadalar Lənkəran şəhər sakinləri 1996 -cı il təvəllüdlü Fariz Ceyhun oğlu Əzizli və 1977 -ci il təvəllüdlü Ramin Mübariz oğlu Əliyevi vurub.

Hər iki piyada ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Vəziyyəti ağır qiymətləndirilən F.Əzizli reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Lənkəranda avtomobil iki piyadanı vurub - FOTO
Lənkəranda avtomobil iki piyadanı vurub - FOTO

Mənbə: apa.az

Xəbər Lenti