"AccessBank" rebrendinq etdiyi məhsul üzrə depozit portfelini 110 milyon manata qədər artırıb

Tarix: 20 Apr 2026 12:12

“AccessBank” “VİP Club” məhsulunu rebrendinq edərək “Private Banking” məhsuluna çevirmək barədə qərar qəbul edib.

“APA-Economics” xəbər verir ki, bunu keçirilən mətbuat konfransında İdarə Heyətinin üzvü, Baş Biznes İnzibatçısı Renat Hümbətov bildirib.

Qeyd edilib ki, “Private Banking”də təkcə bank xidmətləri deyil, investisiya, sığorta, turizm, əmlak alınması, xaricdə təhsil xidmətlərinin təşkilini də təklif edilir, xüsusi endirimlər verir. Bu xidmətə qoşulan hər bir iş adamının şəxsi meneceri olur. İş adamının filiala gəlməsinə ehtiyac yoxdur, fərdi meneceri 7/24 ona “WhatsApp” platforması üzərindən xidmət göstərir. Bank işlərindən əlavə, müştərinin ehtiyacı olarsa, məsələn ona biletin, vizanın alınması daxil səyahətin təşkil edilməsi xidmətlərini də həyata keçirir.

“Private Banking” xidmətinə qoşulmaq üçün AccessBankın müştərisi olmaq lazımdır. Müxtəlif göstəricilər üzrə müştəri qiymətləndirilir, onun “Private Banking” xidmətinə uyğun olub-olmadığı bardə qərar verilir.

“Private Banking” məhsulu üzrə standard paketin qiyməti 250 manat, VİP paketinin qiyməti isə 450 manatdır.

Hazırda xidmət üzrə müştəri sayı 1000-i keçib. Bank 2022-ci ildən indiyə kimi 100-110 milyon manatlıq depozit portfeli məhz bu məhsulla əlaqəli olub.

Bildirilib ki, gələcəkdə ayrıca “Private Banking” filialının açılması da nəzərdə tutulur.

AccessBank depozit portfeli

Xəbər Lenti