Bakıda dəniz limanında işçini avtokar vuraraq öldürüb

Tarix: 14 Mar 2024 22:23

Suraxanı rayonunda ehtiyatsızlıq bir nəfərin ölümünə səbəb olub.

APA xəbər verir ki, hadisə Hövsan qəsəbəsində qeydə alınıb.

Belə ki, Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanında işləyən 1994-cü il təvəllüdlü Tağıyev Zaur Məhərrəm oğlunu ehtiyatsızlıqdan avtokar vurub. Gənc oğlan aldığı xəsarətlərdən travmatik şok keçirib.

O, xəstəxanaya çatdırılarkən yolda dünyasını dəyişib.

Faktı Suraxanı Rayon Prokurorluğunun əməkdaşları araşdırır.

Xəbər Lenti